7 may 2026. Cümə axşamı

"Ansi Aqolli əsl “Qarabağ”lıdır" - Qurban Qurbanov


"Ansi Aqolli əsl “Qarabağ”lıdır" - Qurban Qurbanov

"Vacib 3 xal qazandıq. Futbolçularımız çox əziyyət çəkdilər. Sonadək ən yaxşısını etməyə çalışdılar. Aftandil Hacıyevi təbrik etmək istəyirəm. Komandası qış fasiləsindən sonra bütün oyunları yüksək səviyyədə keçirib. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm".

Corner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 21-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis oyunun səhvsiz mümkün olmadığını söyləyib. Qurbanov bildirib ki, komandasında tək səhv edən oyunçu Bədavi Hüseynov deyil: “Səbail”in oyunu da buna hesablanmışdı ki, mərkəzdəki səhvlərdən sonra kəskin hücum qursunlar. Futbol o yerə çatıb ki, hər bir komanda rəqibi səhvə vadar etməklə məşğuldur. Ancaq futbolçulardan razı qaldım".

Q.Qurbanov bu gün Ağdam təmsilçisi ilə vidalaşan albaniyalı futbolçu Ansi Aqolli haqda da danışıb: "Futbolumuzda elə bir insan yoxdur ki, Aqollinin xətrini istəməsin. O, ən yaxşısına layiqdir. Bəlkə də onu komandadan buraxmaq bizim əleyhimizədir. Ancaq ailəsi ABŞ-da yaşayır və belə bir şans əlinə düşüb. O, 9 ildi bizimlədir və çox nadir hallarda meydanda olmayıb. Ona uğurlar arzulayıram. Ansi Aqolli əsl “Qarabağ”lıdır".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi