3 may 2026. Bazar günü

Azarkeşlər Keşlə və Səbail'i ziyana saldı


Azarkeşlər Keşlə və Səbail'i ziyana saldı

AFFA İntizam Komitəsi "Keşlə" klubunu 1600 manat məbləğində cərimələyib.

Corner.az-ın məlumatına görə, buna "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın V tur oyunu bitdikdən dərhal sonra meydana azarkeşin girməsi səbəb olub.

Paytaxt təmsilçisinin baş məşqçisi Sənan Qurbanov ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün 1 oyunluq cəza alıb.

Oxşar hal “Səbail” – “Zirə” görüşündə də yaşanıb. Matçın 45-ci dəqiqəsində azarkeş meydana daxil olduğu üçün "Səbail"ə 1600 manat cərimə kəsilib. Qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat ödəyəcək.

“Sabah” – “Neftçi” oyununda isə “Neftçi” klubunun azarkeşləri pirotexnik vasitələrdən istifadə edib. Flaqman bu səbəbdən 800 manat ziyana düşüb.

"Qəbələ"nin 4 futbolçusu "Sumqayıt"la qolsuz heç-heçə etdikləri qarşılaşmada sarı vərəqə gördüyündən əyalət təmsilçisi 800 manat ödəyəcək. 







Misli Premyer liqa

“Qarabağ” “700”ə çatdı
  • Misli Premyer liqa
  • 11:39 28.04.2026
“Qarabağ” “700”ə çatdı
Səfərdə 50-ci sülh
  • Misli Premyer liqa
  • 11:27 28.04.2026
Səfərdə 50-ci sülh