19 mart 2026. Cümə axşamı

Süni örtük futbolçulara problem yaşada bilər


Süni örtük futbolçulara problem yaşada bilər

"Sabahkı oyunda bəzi dəyişikliklərə əl ata bilərik. Bizi ən çox narahat edən amil meydandır. Süni örtük futbolçulara problem yaşada bilər. Həmin meydanda oynayan bütün komandalar bunu təsdiq edər. Heyətdəki bəzi futbolçularda mikrozadələr var ki, bu da normaldır".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "ASCO Arena"da "Səbail"ə qarşı keçirəcəkləri Premyer Liqanın VI tur matçı barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis  ölkəsinə getdiyi üçün bir müddət komandadan ayrı qalan Harramiz Soares artıq kollektivlə məşq etdiyi  və oynamağa hazır olduğunu bildirib.

Abasov yeni transferlərdən Xorxe Korreanın da fiziki durumunun yaxşılaşdığını vurğulayıb: "Ondan başqa, digər yeni transferlərimiz "Neftçi"nin heyətində meydana çıxıb. Amma Korreanın məsələsini müzakirə etməliyik. Bəzi futbolçuların fiziki durumunu oyunlarla düzəltmək istəyirik. Lakin onun süni örtükdə oynaması təhlükəlidir. Oyunun gedişinə görə qərar qəbul edəcəyik".

Baş məşqçi baxışda olan seneqallı futbolçular - dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi Dyedyu Usman barədə da fikirlərini bildirib: "Onlar gündən-günə xoş təəssürat yaradırlar. Görünən odur ki, qablarında var, perspektivli oyunçulardır. Həmin futbolçuları milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində sınamaq fikrimiz var. Hələ bizimlədirlər, tələsmirlər. Gələcəkdə bizə xeyir verə bilərlərmi? Bizi bu maraqlandırır".

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 19:15-də başlayacaq.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi