6 avqust 2026. Cümə axşamı

Məqsədim komanda ilə çempion olmaqdır - Ramon Maçado


Məqsədim komanda ilə çempion olmaqdır - Ramon Maçado

"Kollektivə uyğunlaşma prosesi yaxşı gedir. Komandada oyunçuların çoxu ispan və portuqalca danışır. Bu isə mənim adaptasiyamı daha da sürətləndirir. Son iki oyunda qol vurmağı bacarmışam. Bundan daha sevincidirici məqam komandanın qələbə qazanmasıdır. Bu, məni daha da məmnun edir".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Ramon Maçado klubun rəsmi televiziyasına açıqlamasında deyib.

Yeni komandasında son 2 matçda qol vuran braziliyalı hücumçu karyerası ərzində ardıcıl bir neçə oyunda fərqləndiyini vurğulayıb: "Tam xatırlamıram, amma ardıcıl bir neçə oyunda qol vurduğum vaxtlar olub. Məqsədim komanda ilə çempion olmaqdır. Fərdi yox, kollektiv hədəflərimiz var".

30 yaşlı futbolçu "Səbail"ə qarşı keçirəcəkləri Premyer Liqanın VI tur oyunu barədə də fikirlərini bölüşüb: "Rəqibi elə də yaxşı tanımıram. Süni örtüyü olan meydanda oynadıqlarını bilirəm. Bu, bizim üçün bəhanə olmamalıdır. Əlimizdən gələni edəcəyik ki, sabahkı görüşdə qələbə qazanaq.

Maçado Azərbaycan dilində "salam" sözünü öyrəndiyini də vurğulayıb.

Qeyd edək ki, oktyabrın 2-də keçiriləcək "Səbail" - "Neftçi" görüşü saat 19:15-də başlayacaq.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı