6 avqust 2026. Cümə axşamı

İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi


İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi

"Keşlə”nin məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasında 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında görüşü belə şərh edib:

“Ağır oyun keçdi. Hər iki komanda son sıralarda idi. Hər iki tərəfə qələbə lazım idi. Sevinən tərəf biz olduq. Uşaqlara təşəkkür edirəm. Rəqibə uğurlar arzulayıram. Baş məşqçi Sənan Qurbanov texniki zonada yer almasa da, tribunadan göstərişlərini verirdi. Qələbəmiz çoxdan gözlənilirdi. Rəqibi mərkəzdə qarşılamaq istəyirdik. Erkən qoldan sonra da arxaya çəkildik. Bu, rəqibin hücumları ilə bağlı idi. “Sabah”da texnikalı futbolçular çoxdur. İrəli çıxsaq, çoxlu təhlükələr ola bilərdi. Felipe Santos tərbiyəsiz jest etdi? Mən bunu görmədim. Baxacağıq, belə bir şey olubsa, cəzasını alacaq”.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı