8 avqust 2026. Şənbə

Kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı


Kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı

"Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 1:3 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşmışdıq. Rahid Əmirquliyevin rekord vurması hamımızı sevindirirdi. Rəqib bizi topa sahib olmada üstələdi. Buraxdığımız kuryoz qoldan sonra oyunçularda inamsızlıq yarandı.

Ardıcıl neçə oyundur ki, ilk qolu buraxan tərəf biz oluruq. Belə olan halda yenidən toparlanmaq çətindir. Fasiləyə yaxın ikinci qolu buraxdıq. Məndə inam var idi ki, rəqibin qapısında bir neçə qol epizodu yarada biləcəyik. 0:3 geridə olsaq da, son dəqiqədə bir qol vura bildik. “Neftçi” ilə oyunda geridönüş etmək çətindir. Sadəcə, meydanda keyfiyyətdə fərq var idi. Bəlkə də cari mövsüm “Neftçi”nin qapısında bu qədər qol epizodu yaradan ikinci komanda yoxdur. Rəqibə uğurlar arzulayıram, layiqli qələbə qazandı.

Mən özümüzü autsayder saymıram. Rəqiblərin imkanları ilə müqayisə aparsaq, autsayderik. Biz hələ çox xallar qazanacağıq. Bu komandanın potensialı var. Heyətə gec qoşulan legionerlər oldu. Bəziləri bizimlə təlim-məşq toplanışına belə qatılmayıb. Legionerlərdən faydalanmaq üçün bizə vaxt lazımdır. Futbolçular üçün də çətindir, fərqli ölkəyə gəliblər. Onlara uyğunlaşmaq üçün vaxt lazım olacaq”.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı