24 iyun 2026. Çərşənbə

Azərbaycanın iki qapıçısı Premyer Liqada 200-cü qolu buraxıb


Azərbaycanın iki qapıçısı Premyer Liqada 200-cü qolu buraxıb

Azərbaycan Premyer Liqasının VI turunun “Səbail” – “Neftçi” oyununda hər iki komandanın qapıçısı 200-cü topu buraxıb.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu matçadək həm meydan sahiblərinin qolkiperi Kamran Ağayev, həm də "ağ-qaralar"ın oyunçusu Aqil Məmmədov ölkə çempionatlarında 199 dəfə məyus olub.

“ASCO Arena”da hər iki qolkiper üçün ilk top uğursuz yubiley xarakteri daşıyıb.

“Səbail”in qapıçısı Premyer Liqada 234-cü qarşılaşmaya çıxıb. Ağayev buraxdığı qolların sayını 202-yə çatdırıb. “Neftçi”nin qolkiperi isə 200-cü qolu 153-cü matçında qapısında görüb.

Bu iki qapıçıyadək ölkə çempionatları tarixində 200 və daha çox top buraxan qapıçıların sayı 10 idi. Onlar bu rəqəmi 12-yə çatdırıblar.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə bitib.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer