8 avqust 2026. Şənbə

Qəbələ ispaniyalı futbolçunu geri qaytardı


Qəbələ ispaniyalı futbolçunu geri qaytardı

Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Corner.az xəbər verir ki, Fernan Lopes yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 26 yaşlı ispaniyalı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Fernan 2019/20 mövsümündə də “Qəbələ”nin heyətində çıxış edib. O, Qəbələ təmsilçisində keçirdiyi 22 oyunda 3 qol vurub.

“Selta” klubunun yetirməsi olan Lopes 2011-14-cü illərdə bu klubun B komandasında oynayıb. O, karyerası ərzində “Kompostela”, “Çoko”, “Ximnastika Seqoviana” və “Barakaldo” klublarının da formasını geyinib.

Fernan 2020/21 mövsümündə Polşa təmsilçisi “Yagelloniya”da çıxış edib. O, bu komandada 11 matçda şans qazanıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı