6 avqust 2026. Cümə axşamı

Almeidadan 40-cı qol


Almeidadan 40-cı qol

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub.

Corner-ın PFL-ə istinadən verdiyi məlumata görə, yubiley qol Premyer Liqanın XXI turunun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran braziliyalı “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında 40-a çatıb.

2012/2013 mövsümündən Ağdam klubunda çıxış edən R.Almeida ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/2014 mövsümündə 6, 2014/2015 mövsümündə 3, 2015/2016 mövsümündə 9, 2016/2017 və 2018/2019 mövsümlərində 2, 2017/2018 mövsümündə 5 qol vurub.

Qeyd edək ki, R.Almeida ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı