8 avqust 2026. Şənbə

Neftçi'nin veteran futbolçusunun səhhətində problem yarandı


Neftçi'nin veteran futbolçusunun səhhətində problem yarandı

"Neftçi" klubunun sabiq futbolçusu və AFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun səhhətində problem yaranıb.

Corner.az xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, 65 yaşlı mütəxəssisin ürəyindəki şah damarında genişlənmə üzə çıxıb.

Qəribovun özü isə tezliklə əməliyyat olunacağını diqqətə çatdırıb. Səhhəti ilə əlaqədar çox danışa bilmədiyini deyən veteran futbolçu tibbi müdaxilə üçün maliyyə xərcləri baxımından heç bir sıxıntının olmadığını əlavə edib.

Qeyd edək ki, Şakir Qəribov futbolçu karyerası ərzində "Neftçi"də 1975 - 1984 və 1987 - 1988-ci illərdə forma geyinib. O, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi, "Neftçi" və AZAL komandalarının məşqçisi vəzifəsində çalışıb.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı