5 avqust 2026. Çərşənbə

Ölkə kubokunun finalını Qarabağda keçirmək istəyirik


Ölkə kubokunun finalını Qarabağda keçirmək istəyirik

"Final oyununu həmişə maraqlı keçirməyə çalışırıq. İstəyirik ki, yaddaqalan olsun".

Corner.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunda final oyunlarının təşkili barədə danışarkən deyib.

Funksioner bildirib ki, kubokda həlledici qarşılaşmalar ildən-ilə rəngarəng olur: "Bir az özümüzü tərifləyim. Qəbələdəki final oyununda paraşütlə kubokun gəlməsi işçilərimizin öz ideyası idi. Biz azarkeşləri nə iləsə heyran etməyi xoşlayırıq. 2020-ci ildə final matçını pandemiya ilə bağlı keçirə bilmədik. Bu il pandemiya olsa da, təşkil etdik".

Musayev 2021/2022 mövsümündə final matçının harada keçiriləcəyi ilə bağlı məsələyə də toxunub: "Əvvəlcədən danışmaq bizə düşmür. Bu mövsüm final görüşünü keçirmək qismət olsa, sürpriz edəcəyik. Növbəti mövsümün finalını isə Qarabağdakı bölgələrin birində keçirmək istəyirik. Xatırlayırsınızsa, PFL yaranandan sonra biz “Qarabağ” – “İnter” matçını Quzanlıda keçirdik. Həmin vaxt şüarımız var idi: "Bu gün Quzanlıya, sabah Qarabağa". Arzumuz da həyata keçəcək".(report)







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı