24 iyun 2026. Çərşənbə

Hacıyevlə 25-ci qələbə


Hacıyevlə 25-ci qələbə

“Səbail” Aftandil Hacıyevin rəhbərliyi altında Premyer Liqada 25-ci qələbəsini qazanıb.

Corner.az xəbər verir ki, bu, 8-ci turun “Qarabağ”la ev matçına təsadüf edib. Bakı klubu “ASCO Arena”da 3:1 hesablı qələbə qazanıb.Bu, Hacıyevin rəhbərliyi altında baş tutan 84-cü qarşılaşmaya təsadüf edib. 2018-ci ilin yayından “Səbail”ə rəhbərlik edən mütəxəssis 4-cü mövsümündə qələbə sayını 25-ə çatdırıb.

Onun yetirmələri 2018/19 mövsümündə 12, növbəti iki çempionatın hərəsində 5 dəfə qalib gəlib. Cari mövsümün 3-cü qələbəsi baş məşqçi üçün 25-ci olub. Bu qələbə ilə “Səbail” iki uğursuz seriyaya da son qoyub. Bakılılar ardıcıl 4 məğlubiyyətdən sonra meydanı üç xalla tərk edib. Hacıyevin yetirmələri 3-cü turun “Sumqayıt”la sentyabrın 11-dəki görüşündən (1:0) sonra xala həsrət idi.

Həmçinin, paytaxt təmsilçisi texniki qələbə nəzərə alınmamaqla, ilk dəfə “Qarabağ”a qalib gəlib. Bu, rəqiblərin 17-ci duelinə təsadüf edib ki, əvvəlki 16 matçdan birində texniki qələbə bakılılara verilib.

Hacıyev Azərbaycan çempionatları tarixində 25 və daha çox qələbə qazanan 44-cü baş məşqçidir.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer