26 oktyabr 2024. Şənbə

Ən böyük hədəfim Neftçi ilə çempion olmaqdır


Ən böyük hədəfim Neftçi ilə çempion olmaqdır

"Həqiqətən də uyğunlaşmaqla bağlı yaxşı mənada təəccübləndim. Çünki "Neftçi"yə gələndən sonra burada mənimlə eyni dildə danışan çox futbolçu ilə tanış oldum. Bu isə adaptasiya prosesini tezləşdirdi".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Ramon Maçado paytaxt təmsilçisinə adaptasiyası barədə klubun rəsmi televiziyasına müsahibəsində deyib.

"Ağ-qaralar"a keçidindən sonra 2 qol vurduğunu deyən braziliyalı hücumçu bunu gözləmədiyini bildirib: "Düşünürdüm ki, baş məşqçi mənə hələ çox gec şans verəcək. Amma artıq ikinci oyunda meydana çıxdım və növbəti matçlarda fərqləndim. Bütün bunlara görə sevinirəm".

30 yaşlı forvard Azərbaycanda yaşadığı, "Neftçi" kimi klubda oynadığı və bu cür komanda yoldaşlarının olduğuna özünü xoşbəxt hiss etdiyini söyləyib: "Hər şey qaydasındadır. Əlimdən gələni etməyə çalışacağam ki, "Neftçi"nin ötən mövsüm qazandığı uğuru təkrarlayaq. Düşünürəm ki, doğru yoldayıq".

Təcrübəli forvardın sözlərinə görə, yeni komandasında fərdi hədəfləri yoxdur: "Bütün məqsədim komanda ilə bağlıdır. Ən böyük hədəfim bu mövsüm "Neftçi" ilə çempion olmaqdır".

Maçado bildirib ki, "Neftçi"yə keçməzdən öncə klub barədə məlumat əldə edib: "Bilirəm ki, bu klubda böyük uğurlar qazanmış, "Neftçi"nin tarixinə düşmüş braziliyalı futbolçular olub. Həm klubun, həm də azarkeşlərin mənə olan etimadını doğrultmaq, özümdən öncəki həmyerlilərimin uğurlarını təkrarlamaq üçün əlimdən gələni edəcəyəm".

Futbolçu "Neftçi"də daha yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: "Burada çox xoşbəxtəm, amma bundan da xoşbəxt olacağımı gözləyirəm. İki qol vurduğum üçün şadam. Lakin bilirəm ki, daha çox şey edə bilərəm. Bizi qarşıda çox oyun gözləyir. Çalışacağam, bacardığım qədər qollar vurum və "Neftçi" ilə çempionluq yaşayım".







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir