26 oktyabr 2024. Şənbə

Qarabağ üzərində qələbədə maaş amili rol oynamadı


Qarabağ üzərində qələbədə maaş amili rol oynamadı

"3:1 hesablı qələbəyə baxmayaraq çox ağır oyun oldu. Topla oynayan tərəf rəqib olsa da, bizim də qol imkanlarımız yarandı və bunlardan istifadə etdik. Onların topa daha çox nəzarət etmələri bizim xeyli güc sərf etməyimizə gətirib çıxardı".

Corner.az xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Rahid Əmirquliyev "Qarabağ"a qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur oyunu barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçi ardıcıl 4 görüşdə məğlub olmalarının komandaya təsir etdiyini bildirib: "Artıq neçə matç idi ki, qələbə üzünə həsrət idik. Bu qarşılaşmaya yaxşı hazırlaşmış və motivasiya ilə çıxmışdıq".

Kapitan texniki nəticə qeydə alınmadan klub tarixində ilk dəfə Ağdam təmsilçisinə qalib gəldiklərini xatırladıb: "Onları məğlub edə bilməməyimiz bizdə əlavə gərginlik yaratmamışdı. "Qarabağ"ın nəyə qadir olduğunu bilirik, onların gücünə də bələdik. Çox çətin olacağını anladığımızdan, matça yetərincə yaxşı hazırlaşmışdıq. Rəqib də sıx qrafiklə oynayır, Konfans Liqasında "Kayrat"a qarşı çox güc sərf etmişdilər. Bəlkə də onlarda yorğunluq amili də var idi. Lakin bu, o demək deyil ki, biz ondan istifadə etmişik. Biz meydana çıxaraq öz oyunumuzu sərgiləmişik, əlimizdən gələni etmişik ki, qələbə qazanaq".

Əmirquliyev bildirib ki, görüşdən əvvəl futbolçulara maaşların verilməsinin oyunçuların çıxışına müsbət təsir etdiyinə inanmır: "Düzdür, oyundan əvvəl maaşlar verildi. Lakin klubun futbolçulara elə də böyük borcu yox idi. Sadəcə, məvaciblərdə bir az gecikmə var idi. Bu məsələni də həll etdilər. İnanmıram ki, maaş amili burada rol oynasın. Əlbəttə, bu, futbolçu üçün müəyyən motivasiyadır. Ancaq meydana çıxandan sonra maaş və borclar şəxsən mənim yadıma düşmür. Bəlkə də bu, futbolçulara bir az motivasiya verə bilər. Amma elə də böyük fərq etməz".(report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir