8 avqust 2026. Şənbə

Qarabağ - Neftçi oyununun biletləri satışa çıxarılır


Qarabağ - Neftçi oyununun biletləri satışa çıxarılır

Azərbaycan Premyer Liqasının IX turunda keçirilcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılır.

Corner.az Ağdam təmsilçisinin rəsmi feysbuk hesabına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri oyun günü - oktyabrın 30-da satışda olacaq.

Qiymətlər müvafiq olaraq 2 manat, 3 manat, 5 manat və 15 manat təşkil edir. Biletləri "Azersun Arena"dan və "Park Bulvar"ın 2-ci mərtəbəsində yerləşən “Qarabağ” klubunun fan-şopundan əldə etmək olar. Oyun günü azarkeşlər üçün qapılar matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, oktyabrın 30-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlayacaq.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı