6 noyabr 2026. Cümə

Klublar üçün videokonfrans formatında iclas keçirildi


Klublar üçün videokonfrans formatında iclas keçirildi

Bu gün Premyer Liqa və Birinci Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2022/23-cü il Lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.

Corner.az xəbər verir ki, iclasda aşağıda qeyd olunmuş mövzular haqqında ətraflı məlumat verilib:

  • Ötən mövsümün qısa icmalı;
  • Lisenziyalaşdırma qrupunun strukturunda baş vermiş dəyişikliklər;
  • Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat və təlimatlar;
  • Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı.

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.







Misli Premyer liqa