9 may 2026. Şənbə

Sumqayıt klubu AFFA İntizam Komitəsinin qərarından narazıdır


Sumqayıt klubu AFFA İntizam Komitəsinin qərarından narazıdır

"Sumqayıt" klubu AFFA İntizam Komitəsinin futbolçu Murad Xaçayevə tətbiq etdiyi 5 oyunluq cəza ilə bağlı apellyasiya verəcək.

Corner.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Rəşad Məmmədov bildirib.

O, qərarın həddindən artıq ağır olduğunu söyləyib: "Xaçayev Azərbaycan millisinin də futbolçusudur. Ümid edirik ki, apellyasiya şikayətindən sonra qərarda yumşalma olacaq".

Qeyd edək ki, Murad Xaçayev səfərdə "Sabah" komandasına 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur matçında “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib. Oyunsonrası mətbuat konfransında isə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlədib. Bu səbəbdən, klub 1600 manat ziyana düşüb.(report)







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi