8 dekabr 2025. Bazar ertəsi

Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil - Qurban Qurbanov


Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 0:4 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:

"Futbolçuları təbrik edirəm. Çox yaxşı mübarizə apardıq. Oyunçuların əzmkarlığından razı qaldım. Yaxşı komandaya qarşı qalib gəldik. Rəqibin də bacarıqlı oyunçuları var. Bu komandaya qarşı 90 dəqiqə mübarizə aparmalı və hərəkətli olmalıyıq. Futbolçular çox yoruldular. Çox çətin qrafikdəyik. Hazırda çox diqqətli olmalıyıq. Bəzi matçlarda rotasiya edirik. Bu periodda güc sərf etməliyik. Futbolçulara tez bərpa olunduqları üçün təşəkkür edirəm. Hesab görüşün asan keçdiyini göstərə bilər. Amma elə deyil".

Qurbanov Ağdam təmsilçisinin fanatlarının rəqib baş məşqçi Samir Abasovu istefaya səsləməsinə münasibət bildirib: "Bu məsələyə qarışmaq mənim səlahiyyətimdə deyil. Amma etirazımı bildirdim. Mənə görə xoş deyil. Hər zaman demişəm ki, hamıya hörmətlə yanaşmalıyıq. Azarkeş azaddır. Öz düşüncələri və ideyaları var. İstəmirəm ki, bizim fanatları digər klubların məşqçilərinə şüar səsləndirsinlər. Rəqib komandanın baş məşqçisini istefaya səsləmək düzgün deyil. Mən istəyirəm ki, bizim bütün baş məşqçilərə hörmətlə yanaşsınlar. Çox ümid edirdim ki, bu, bir daha təkrarlanmayacaq".

49 yaşlı mütəxəssis hər oyuna ehtiyatla yanaşmalı olduqları sözlərini də əlavə edib: "Konfrans Liqası elə turnir ki, kim tez səhv etsə, məğlub olacaq. Bütün klubların rəhbərliyi yaxşı nəticəyə ümid edir".







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu