24 iyun 2026. Çərşənbə

Neftçi'nin zədələnən futbolçusu xəstəxanaya aparılıb


Neftçi'nin zədələnən futbolçusu xəstəxanaya aparılıb

"Qarabağ"a qarşı Azərbaycan Premyer Liqasının IX tur matçında zədələnən "Neftçi"nin futbolçusu Ömər Buludovun durumuna aydınlıq gəlib.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, belindən xəsarət alan 23 yaşlı müdafiəçi stadiondan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Allahverdiyevin sözlərinə görə, ilkin müayinədən sonra oyunçuda sınıq aşkarlanmayıb: "Onun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı sabah dəqiqləşəcək. Yəqin ki, müddət uzun olmaz".

Qeyd edək ki, "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə başa çatmış oyunun 37-ci dəqiqəsində zədələn Buludov İsmayıl Zülfüqarlı ilə əvəzlənib.(report)







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer