26 oktyabr 2024. Şənbə

Neftçi ilə oyun Qarabağ'ın futbolçusu üçün əlamətdar olub


Neftçi ilə oyun Qarabağ'ın futbolçusu üçün əlamətdar olub

Filip Ozobiç “Qarabağ”ın heyətində 30-cu qolunu vurub.

Corner.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın IX turuna təsadüf edib.

30 yaşlı yarımmüdafiəçi “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Bu görüşədək “Qarabağ”da 29 qol vuran yarımmüdafiəçi əvvəl 30-cu, ardınca 31-ci dəfə fərqlənib. Ozobiç Premyer Liqada 27, avrokuboklarda 4 qol vurub.

O, “Qarabağ”ın tarixində 30 və ya daha çox qol vuran 21-ci futbolçudur. Xorvatiya əsilli oyunçu hərəyə 31 dəfə fərqlənən Kənan Kərimov və Georgi Adamiya ilə 16 - 18-ci yerləri bölüşür.

Bundan əlavə, həmin matçda paytaxt klubunun qollu oyunlar seriyası da qırılıb. Cari mövsümün əvvəlki 8 matçının hamısında qol sevinci yaşayan “ağ-qaralar” ötən çempionatın son 7 qarşılaşmasında da rəqib qapılarına yol tapıb. Bu il aprelin 4-də öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzandan sonra flaqman ardıcıl 15 oyunda qol vurub. Bu görüşlərdə “Neftçi” ümumilikdə 33 dəfə fərqlənib.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir