24 iyun 2026. Çərşənbə

Səbail'in futbolçusu oyun zamanı Zidansayağı kəllə atdı - VİDEO


Səbail'in futbolçusu oyun zamanı Zidansayağı kəllə atdı - VİDEO

Peşəkar Futbol Liqası "Səbail" komandasının futbolçusu Nikolas Rayselin "Sumqayıt"la Azərbaycan Premyer Liqasının 9-cu tur oyununda qırmızı vərəqə aldığı epizodun görüntülərini yayıb.

Corner.az-ın məlumatına görə, həmin epizodda fransalı hücumçunun meydan sahiblərinin müdafiəçisi Höccət Haqverdiyevə kəllə atması əksini tapıb. 63-cü dəqiqədə "Sumqayıt" hücumda olduğu vaxt 28 yaşlı futbolçu Azərbaycan millisinin oyunçusuna yaxınlaşaraq, onun sifətinə başla zərbə endirib. Baş hakim Fərid Hacıyev Haqverdini qeyri-idman hərəkətinə görə sarı, Rayseli isə təcavüzkar davranışına görə birbaşa qırmızı vərəqə ilə meydan qovub.

Xatırladaq ki, daha əvvəl Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan İtaliya ilə 2006-cı il dünya çempionatının final matçı zamanı rəqib müdafiəçi Marko Materatsiyə kəllə atıb. Bu, məşhur oyunçunun futbolçu karyerasında son qarşılaşması olub. İndi onun həmyerlisi Azərbaycan çempionatında belə bir hadisə ilə yadda qalıb.

Qeyd edək ki, görüş "Sumqayıt"ın qələbəsi ilə yekunlaşıb - 2:0.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer