8 avqust 2026. Şənbə

Qara Qarayevin 400-cü matçı


Qara Qarayevin 400-cü matçı

Qara Qarayev “Qarabağ”ın heyətində 400-cü oyunu keçirib.

Corner.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın IX turunun “Neftçi” ilə matçına təsadüf edib.

4:0 hesablı qələbə yarımmüdafiəçinin Ağdam klubunda 400-cü oyunu olub. Yalnız bir klubda çıxış edən futbolçunun aktivində 4 qol var.

Qarayev çempionatda 262, kubokda 36, avrokuboklarda 102 dəfə meydana çıxıb. Onun bütün qolları Premyer Liqaya təsadüf edib.

Onadək “Qarabağ”ın tarixində yalnız bir futbolçu - Maksim Medvedev 400 matç səddini arxada qoyub.

Qeyd edək kİ, Qara Qarayevin komandada debütü 2008/09 mövsümünə təsadüf edib. O, 2008-ci il noyabrın 5-də “Bakılı” ilə kubokun 1/8 final mərhələsinin cavab matçında (0:0) şans qazanıb.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı