6 noyabr 2026. Cümə

Sumqayıt Zəfər Kubokunun qalibi oldu


Sumqayıt Zəfər Kubokunun qalibi oldu

AFFA, PFL və 8 Premyer Liqa klubunun əməkdaşlarından ibarət komandaların iştirakı ilə təşkil olunan “Zəfər Kuboku” turnirinə yekun vurulub.

 Corner.az xəbər verir ki, turnirin ilk yarımfinal oyununda AFFA-nı 4:1 hesabı məğlub edən “Sumqayıt” finala vəsiqə qazanıb.

Yarımfinalın digər qarşılaşmasında “Səbail” “Keşlə”yə 2:0 hesabı ilə qalib gəlib. Həlledici matçda “Səbail”ə 3:1 hesabı ilə qalib gələn “Sumqayıt” “Zəfər Kuboku” turnirinin qalibi olub. Qalib komandaya kuboku AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov təqdim edib.







Misli Premyer liqa