19 mart 2026. Cümə axşamı

Rəşad Sadıqov: Nəticə pis deyil


Rəşad Sadıqov: Nəticə pis deyil

"Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qoldan sonra futbolçular ruhdan düşmədi, irəli atıldılar, qol vurdular. Bundan sonra fürsətlərdən yararlana bilmədilər".

Corner.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov səfərdə "Sabah" komandası ilə 3:3 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis 20-ci dəqiqədən sonra müdafiədə passivlik yarandığını bildirib: "Nəticədə yenə qol buraxdıq. İkinci hissə başlayandan sonra da qol epizodumuz oldu. Daha sonra Xuan Kamara qırmızı vərəqə aldı və biz say üstünlüyündən yararlandıq. Rəqib qapansa da, 2 qol vurmağı bacardıq. Nəticə pis deyil".

Sadıqov, Sərtan Taşqının əvəzlənməsi taktiki gediş olduğunu vurğulayıb: "Aqressiyanı artırmaq istədim. Bir dəfə də bunu etmişdik".

O, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin heyəti açıqlamaq üçün son turu gözləməsinə də toxunub: "Yaxşı ki, bu turu nəzərə aldı. Bu, tənqid deyildi".







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi