6 noyabr 2026. Cümə

Neftçi'nin əsas qapıçısı sıradan çıxdı


Neftçi'nin əsas qapıçısı sıradan çıxdı

"Neftçi" "Keşlə"yə qarşı Azərbaycan Premyer Liqasının X tur matçına ciddi itki ilə çıxacaq.

Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin məlumata görə, "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov zədələnib.

32 yaşlı qolkiper oyun öncəsi məşqdə xəsarət alıb. Onun sıraya nə vaxt qayıdacağı bəlli deyil.

Qeyd edək ki, bu gün "ASK Arena"da keçiriləcək "Keşlə" - "Neftçi" görüşü saat 19:00-da başlayacaq.(report)







Misli Premyer liqa