8 may 2026. Cümə

Fasilə bizim üçün faydalı ola bilər


Fasilə bizim üçün faydalı ola bilər

“Səbail”in məşqçisi Vüqar Məmməd Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Corner.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Zəfər günü münasibətilə xalqımızı təbrik edirəm. Oyuna gəldikdə, çox yaxşı komandaya qarşı oynadıq. Bizdən fərqli, “Qəbələ” turnir cədvəlində də ön sıralardadır. Çətinliklərimiz var. Bir neçə futbolçumuz zədə və cəza səbəbindən komandaya kömək edə bilmir. Qarşıda milli komandaların oyunlarına görə Premyer Liqada fasilə yaranacaq. Hesab edirəm ki, bu fasilə bizim üçün komandanı toparlamaq baxımından faydalı ola bilər.

Qırmızı vərəqə epizoduna gəlincə, ona təkrar baxmaq lazımdır. Futbolçumuzun günahı varsa, yəqin ki, müzakirə edib, ölçü götürəcəyik.

Vidadi Cəfərov gənc və perspektivli futbolçudur. İlk oyunu idi. O, hələ öz üzərində çox çalışmalıdır.

Aftandil Hacıyevin cəzası ilə bağlı apellyasiya şikayəti vermək? İntizam Komitəsi bu barədə iki gün öncə qərar qəbul edib. Bu iki gündə bizim bütün diqqətimiz yalnız “Qəbələ” ilə oyunda idi. Yəqin ki, qarşıdakı həftə ərzində klubdaxili iclasda bu məsələ də müzakirəyə çıxarılacaq və müvafiq qərar qəbul olunacaq”.







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi