24 iyun 2026. Çərşənbə

Zirə'də yeni rekordçu


Zirə'də yeni rekordçu

İlkin Muradov “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.

Corner.az xəbər verir ki, o, Premyer Liqanın 10-cu turunun “Sabah”la səfər matçında (3:3) meydana çıxaraq mütləq rekorda imza atıb.

“Bank Respublika Arena”dakı görüş yarımmüdafiəçinin “qartallar”ın heyətində 104-cü matçı olub. O, 103 oyuna çıxan Adil Nağıyevin rekordunu arxada qoyub.

“Sabah”la qarşılaşma İlkin üçün yubileylə də əlamətdar olub. O, bu komandanın heyətində 90-cı çempionat görüşündə iştirak edib. Digər 14 matç Azərbaycan kubokuna təsadüf edib. Muradov vurduğu 4 qolun hamısına çempionatda imza atıb.

Qeyd edək ki, Muradovun debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il aprelin 29-da Premyer Liqanın AZAL-la səfər matçında (3:0) meydana çıxıb.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer