24 iyun 2026. Çərşənbə

Sabah'ın iki futbolçusu üçün əlamətdar oyun


Sabah'ın iki futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində baş tutmuş “Zirə” ilə matç (3:3) “Sabah”ın futbolçuları Coy-Lens Mikels və Xuan Kamara üçün əlamətdar olub.

Corner.az xəbər verir ki, bu oyunda iki qol vuran Mikels “Sabah”ın heyətində ilk dubluna imza atıb. Matçın 47-ci saniyəsində fərqlənən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının cari mövsümündə ən erkən qolun müəllifi olub.

Görüşün 32-ci dəqiqəsində Kristian Sebalyosun əvəzinə meydana daxil olan Xuan Kamara isə matçın ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə fərqlənərək, “Sabah”da ilk rəsmi qolunu vurub. Bu görüş Kamara üçün heç də yalnız xoş ilklərlə yadda qalmayıb. Belə ki, 48-ci dəqiqədə ikinci sarı vərəqədən sonra meydandan kənarlaşdırılan ispaniyalı yarımmüdafiəçi “Sabah”da ilk qırmızı vərəqəsini alıb.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer