24 iyun 2026. Çərşənbə

Rəşad Sadıqovdan çox şey öyrənmək olar - Zirə'nin legioneri


Rəşad Sadıqovdan çox şey öyrənmək olar - Zirə'nin legioneri

"Öz ölkəmin bayrağı altında oynaya biləcəyim üçün sevincliyəm. Bu, mənim üçün həqiqətən böyük xoşbəxtlikdir".

Cormer.az-ın məlumatına görə, bunu "Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alması barədə "Lelo" nəşrinə müsahibəsində deyib.

26 yaşlı hücumçu son iki mövsümdə Azərbaycan Premyer Liqasındakı çıxışı yığmaya çağırılmasında mühüm rol oynadığını bildirib: "Belə bir gözləntim var idi. Mən məşqlərdə öz işimlə məşğul olmalıyam. Oynayıb-oynamayacağıma isə baş məşqçi qərar verəcək".

Volkov "Zirə"də özünü yaxşı hiss etdiyini vurğulayıb: "Bu komandada öz oyunumu tapdım. Rəşad Sadıqov kimi baş məşqçinin rəhbərliyi altında çox şey öyrənmək və hər gün inkişaf etmək olar".

Forvard cari mövsümdə qarşısına qol sayı ilə bağlı hədəf qoymadığı sözlərini də əlavə edib: "Bunu edə bilmərəm. Çünki vurduğum hər qol önəmlidir və mənə sevinc bəxş edir".







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer