8 avqust 2026. Şənbə

Səbail klubu AFFA-ya şikayət edəcək


Səbail klubu AFFA-ya şikayət edəcək

"Səbail" klubu baş məşqçi Aftandil Hacıyev və futbolçu Nikolas Rayselə qarşı AFFA İntizam Komitəsinin çıxardığı qərardan narazı qalıb.

Klubun mətbuat katibi Mehriban Müstəlova açıqlamasında İntizam Komitəsinin cəzalarını ağır saydıqlarını bildirib. O, qərara yenidən baxılması üçün apellyasiya verəcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, İntizam Komitəsi Nikolas Rayseli səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alması səbəbindən 4 oyunluq diskvalifikasiyaya məruz qoyub. Komandanın baş məşqçisi Aftandil Hacıyev isə həmin görüşdə hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyunluq cəzalandırılıb. Klub isə hər iki şəxsə görə ümumilikdə 7 200 manat cərimələnib.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı