8 avqust 2026. Şənbə

Səbail Ruslan Qafitullinlə yollarını ayırdı


Səbail Ruslan Qafitullinlə yollarını ayırdı

"Səbail”in əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Ruslan Qafitullin vəzifəsindən ayrılıb.

Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 2018-ci ildən etibarən “Səbail”in U-17 və U-19 komandalarında, 2021-ci ildən etibarən isə “Səbail-2”də baş məşqçi vazifəsində çalışan Ruslan Qafitullinin klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

“Səbail”in əvəzedicilərinin yeni baş məşqçisi də müəyyənləşib. Bundan sonra sözügedən komandanı “Səbail-2”də köməkçi məşqçi vəzifəsində çalışan Səbuhi Həsənov çalışdıracaq. O, 2021-ci ilin dekabr ayının sonunadək komandanın baş məşqçisi vəzifəsini icra edəcək.

Səbuhi Həsənov 2018-ci ildən etibarən “Səbail”in U-13 və U-15 yaş qruplarında baş məşqçi, U-19 və “Səbail-2” komandalarında isə köməkçi məşqçi vəzifələrində çalışırdı.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı