19 mart 2026. Cümə axşamı

Azərbaycanda mənə güvənirlər - Keşlə'nin legioneri


Azərbaycanda mənə güvənirlər - Keşlə'nin legioneri

"Əslində, mövsümə yeni kollektiv ilə başladıq. Ona görə ilk vaxtlarda oyunumuz alınmırdı. Amma hazırda xal fərqi azdır və əminəm ki, oyundan-oyuna sürəti artırdıqca daha yaxşı pillədə olacağıq".

Corner.az-ın məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Merab Giqauri komandasının Premyer Liqadakı uğursuz çıxışı barədə "Lelo" nəşrinə müsahibəsində deyib.

28 yaşlı yarımmüdafiəçi bildirib ki, sonuncu - X turda "Neftçi"yə qarşı yaxşı oyun keçirəcəklər: "İlk hissədən sonra geridə olsaq da, gedişatı dəyişə bildik və yekunda 3:2 hesablı qələbə qazandıq. Bunun inkişafa təkan olub-olmayacağını zaman göstərəcək".

Təcrübəli oyunçu klubunu dəyişməklə bağlı yekun qərar vermədiyini deyib: "Hələlik konkret bir şey yoxdur. Görək, necə olur? "Keşlə" ilə gələn ilin yayınadək müqaviləm var. Bu müddətdə maraqlanan klublar mənimlə əlaqə saxlaya bilərlər. Məni Azərbaycanda tanıyır, etibar edirlər".

Giqauri "Zirə"də çıxış edən həmyerlisi Davit Volkovun Gürcüstan millisinə dəvət alması ilə bağlı da fikirlərini söyləyib: "Bu, çox yaxşı xəbər oldu. Volkov öz oyunu, peşəkarlığı və əzmkarlığı ilə yığmaya çağırılmağa layiq idi. Ona ürəkdən uğurlar arzulayıram. Yığmaya davamlı dəvət alması üçün potensialı var".

O, 26 yaşlı hücumçunun "Zirə"də özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb: "Ötən mövsümə də əla başlamışdı. Amma zədə qarşısını kəsdi. Bu mövsüm isə daha yaxşı vəziyyətdədir. Artıq 8 qol vurub və bombardirlik uğrunda mübarizə aparır. Oyundan-oyuna böyüyür. Azərbaycan Premyer Liqasında çox sayda tanınmış və yüksək məvacib alan hücumçular var. Bununla belə, o, öz mövqeyində ən yaxşılardan biridir. Bir sözlə, Volkov həqiqətən də canavar kimidir"!

Giqauri forvardın çıxışına Azərbaycanda yaxşı qiymət verildiyi sözlərini də əlavə edib: "Zirə" onun Azərbaycanda ikinci komandasıdır. Orada ümidləri doğruldur. Volkov heç bir mübarizədən çəkinmir və hər oyunda sonadək vuruşur".

Futbolçu keçmiş komanda yoldaşının Azərbaycana gəldikdən sonra xeyli inkişaf etdiyini bildirib: "Məncə, o, futbolçu kimi böyüyüb və xeyli artırıb. Bu, nəticələrdə də öz əksini tapır. Volkov soyuqqanlı, peşəkar və çalışqan oyunçudur. Əminəm ki, o, daha da böyük nailiyyətlər əldə edəcək".

Qeyd edək ki, Merab Giqauri və Davit Volkov 2019-cu ildə "Qəbələ"nin formasını geyiniblər.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi