10 may 2026. Bazar günü

Aparıcı futbolçuların zədəli olması bizi məyus edir - Samir Abbasov


Aparıcı futbolçuların zədəli olması bizi məyus edir - Samir Abbasov

"Bu matçı keçirtməkdə məqsəd oyunçuların ritmdən düşməməsi ilə bağlı idi. Çünki bəzi futbolçular milli komandalarda çıxış edir. Yığmada iki görüş keçirənlər də var. Komandaya tapşırdıq ki, bu qarşılaşmaya yoxmala matçı kimi yox, çempionat görüşü kimi yanaşsınlar".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Samir Abasov "Keşlə"yə 4:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bugünkü səhvləri gələcəkdə düzəltməyə çalışacaqlarını bildirib: "Düşünürəm ki, oyunçular tam ciddi şəkildə oynadılar və sonra qələbə qazandıq. Bütün futbolçuların çıxışı bu gün məni qane etdi. Zədədən qayıdan Xorxe Korreanın da oyunumuza alışmasını istədik və onu bu səbəbdən meydana buraxdıq. O da özünü yaxşı tərəfdən göstərməyi bacardı. Yoxlama qarşılaşmasının yaxşı tərəfi odur ki, çempionatda az forma şansı əldə edənləri sınaya bilirik".

Abasov "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XI tur matçına da ciddi hazırlaşacaqlarını söyləyib: "Aparıcı futbolçuların zədəli olması bizi üzür. Sabir Buqrin və Tiaqo Bezerra hələlik komanda ilə birlikdə deyil. "Sabah"la oyuna kimlər hazır olacaqsa, onlar da meydana çıxacaq. "Keşlə" ilə çempionatdakı son oyunda da hər şey yaxşı alınırdı, lakin etdiyimiz səhvlər uzudmağımıza səbəb oldu. Bunları aradan qaldırsaq, yolumuza istədiyimiz kimi davam edəcəyik. Sabir Buqrin və Tiaqo Bezerra komanda ilə məşq edə biləcək durumda deyil. Bezerra bu gün fərdi məşqlərə start verib. Buqrin isə sabahdan başlayacaq".

Qeyd edək ki, noyabrın 20-də keçiriləcək "Neftçi" - "Sabah" görüşü saat 18:15-də başlayacaq.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol