26 oktyabr 2024. Şənbə

Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq


Premyer Liqada 10 komandanın olmasını planlaşdırırıq

"Kəpəz"in Premyer Liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır".

Corner.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfəri zamanı I Divizion təmsilçisi "Kəpəz"in Premyer Liqada çıxış edəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərərkən deyib.

Funksioner bildirib ki, 2022/2023 mövsümündən elitada 10 klubun iştirakını planlaşdırırlar: "Ümid edirəm ki, "Kəpəz" də həmin komandaların arasında olacaq".

E.Məmmədov Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib: "Bu ilin sonunadək inşaat işləri başlanacaq. AFFA ötən il UEFA və FIFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək".

Milli assosiasiyanın vitse-prezidentinin sözlərinə görə, akademiya ərazisində əlavə 2 meydança inşa ediləəck: "Uzaq yoldan gələn uşaqların qalması üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin olunacaqlar".

"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı məsələyə də toxunan E.Məmmədov arenanın Dövlət Proqramına salındığını və yaxın gələcəkdə işlərə başlanacağını vurğulayıb.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir