26 oktyabr 2024. Şənbə

Qarabağ'a qarşı oyunumuzdan razı qalmadım


Qarabağ'a qarşı oyunumuzdan razı qalmadım
"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:
 
“Bu komandaya qarşı səfərdə oynamaq çətindir. Rəqib topa daha çox sahib olurdu. Onların qol imkanları yetəri qədər çox idi. Futbolçular əllərindən gələni etdilər. Bu qarşılaşmanı unudub növbəti matçı düşünməliyik.
 
Qol imkanları yarada bilmədiyimiz üçün məyus oldum. Komandamdan razı deyiləm. Oyun ərzində tamamilə müdafiə olunmaq fikrimiz yox idi. "Qarabağ" hər zonada pressinq edirdi.
 
Komandanın gələcək planları barədə rəhbərliklə danışmamışıq. Sadəcə, klub "Şamaxı" adlanacaq və bu şəhəri təmsil edəcəyik.
 
Turnir cədvəlində sonuncu yeri tutmaq istəmirik. Heç kim uduzmaq istəmir. Bu gün məğlub olmuşuq və məyusam. Yarışı sonuncu bitirsən və Birinci Diviziona getməsən belə, bu, heç kimə xoş deyil”.






Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir