9 may 2026. Şənbə

Səhvlərimizin üzərində işləyəcəyik - Neftçi'nin məşqçisi


Səhvlərimizin üzərində işləyəcəyik - Neftçi'nin məşqçisi

"Nəsə danışmaq çətindir. Ardıcıl məğlubiyyətlərdən sonra qələbə qazanıb hər şeyi qaydasına salmaq istəyirdik. Alınmadı. Çətin dönəm keçiririk. İnanıram ki, gələcəkdə hər şey yaxşı olacaq".

Corner.az-ın məlumatına görə, bunu "Neftçi"nin məşqçisi Mübarizə Orucov evdə "Sabah"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XI tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, problemlərin səbəbini bilirik və bunun üzərində işləyirik: "Hər hissədə fərqli oyun izlədik. Rəqib bizdən üstün oynadı. Səhvlərimizin üzərində işləyəcəyik. Qarşıda oyunlar var. Heç nə itirilməyib. Düzdür, vəziyyət yaxşı deyil. Biz də bunun fərqindəyik. Komandanı əvvəlki formasına qaytaracağıq".

Onun sözlərinə görə, belə oyunlardan sonra paltardəyişmə otağında gərginlik olmasa da, məyusluq olur: "Üzərimizdə hər hansı təzyiq yoxdur. Bədbinliyi üstümüzdən atmaq lazımdır".

Orucov final fitindən sonra azarkeşlərlə Mirabdulla Abbasovun arasındakı insidentə də aydınlıq gətirib: "Neftçi" azarkeşi daim qələbə istəyir. Bu, normal haldır. Düzdür, etikadan kənara çıxmaq olmaz. Bunlar emosionallıqdan doğan hadisələrdir. Mirabdulla Abbasov da hisslərini cilovlaya bilmədi. Fanatlardan kimsə ona qarşı təhqiramiz ifadələr işlətmişdi".







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi