9 may 2026. Şənbə

Neftçi'nin futbolçusu ilə azarkeş arasındakı insidentin detalları bilindi


Neftçi'nin futbolçusu ilə azarkeş arasındakı insidentin detalları bilindi

Azərbaycan Premyer Liqasının XI turunun "Neftçi" - "Sabah" matçından sonra flaqmanın futbolçusu Mirabdulla Abbasovla azarkeşlər arasında baş vermiş insidentin təfərrüatları bəlli olub.

Corner.az xəbər verir ki, klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, hadisə anlaşmazlıq səbəbindən baş verib.

Allahverdiyev bildirib ki, fanatlar həmin vaxt 26 yaşlı hücumçunu təhqir etmədiklərini söyləyiblər: "Forza Neftçi" azarkeşləri mənə dedi ki, "Sabah"ın futbolçusu vaxt apardığına görə ona təzyiq edirdik. Abbasov isə elə fikirləşib ki, onu söyürlər. Fanatların sözlərinə görə, futbolçu tribunaya qarşı əl hərəkəti edib. Bundan sonra fan-klub üzvlərindən biri meydana daxil olub. Mirabdulla isə bildirdi ki, həmin tribunada bir nəfər onu həqiqətən ağır ifadələrlə təhqir edib. Sonradan məlum oldu ki, sözügedən şəxs fan-klub üzvü deyil. Artıq "Forza Neftçi"nin rəhbəri Sübhan Əliyevlə Mirabdulla Abbasov öz aralarında danışaraq vəziyyəti aydınlaşdırıblar".

Azarkeşlərin "Neftçi"nin baş məşqçisi Samir Abasovu istefaya səsləməsinə də münasibət bildirən klub rəsmisi hazırda 43 yaşlı mütəxəssislə yolların ayrılmasının gündəmdə olmadığını söyləyib.

Qeyd edək ki, "Neftçi" - "Sabah" görüşü "ağ-qaralar"ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.(report)







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi