4 avqust 2026. Çərşənbə axşamı

Bəlkə də getməyin vaxtıdır - Ayxan Abbasov


Bəlkə də getməyin vaxtıdır - Ayxan Abbasov

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:

“Qəbələ”ni təbrik edirəm. Mövsümə çox yaxşı başlayıblar. Evdə üstün oynayacaqlarını bilirdik. Buna hazır idik. Amma təəssüf ki, ikinci hissədə konsentrasiyanı itirdik və qapımızda qollar gördük. Bundan sonra hücuma atılıb qollar vurmaq istədik. Buraxılan qollardan birinin əvəzini çıxsaq da, bərabərlik əldə edə bilmədik.

Heyətdə itkilərimiz var idi. Bu oyundan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qarşıda qış fasiləsinədək 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Oynamaq lazımdır. Əvvəl də dediyim kimi, bura qalxmaq asandır. Amma qalmaq çətindir. Bəzi oyunçularımız mövsümün əvvəlində formada olmadılar. Zədələrə görə heyəti tam kompletkləşdirə bilmədik. Bəlkə də xeyirlisi budur. Amma bu gün əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər güclənib. “Qəbələ” 2 mövsümlük uğursuzluğa baxmayaraq təslim olmadı. Çempionata rəng qatırlar. Bu da bir nümunədir. Məğlubiyyətin üzücüdür. Amma hər zaman komandamın arxasındayam. Bəlkə də nələrisə dəyişməliyik. Yaxud da vaxt gəlib çatıb, getmək lazımdır”.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı