4 avqust 2026. Çərşənbə axşamı

Layiqli qələbə qazandıq - Elmar Baxşıyev


Layiqli qələbə qazandıq - Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 11-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (2:1) sonra baş məşqçi Elmar Baxşıyev oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki,  41 yaşlı mütəxəssis mətbuat konfransında görüşü belə şərh edib:

“Bizi qarşıda ağır oyun gözlədiyini bilirdik. “Sumqayıt” təşkilatlanmış, öz dəst-xətti ilə seçilən komandadır. Oyuna yaxşı başlamasaq da, ikinci hissədə futbolçular toparlandılar. Komanda meydanda əzmkarlıq göstərərək layiqli qələbə qazandı. Millinin oyunları ilə əlaqədar fasilə yaranmışdı. Yoxlama görüşü də keçirməmişdik. Zədəlilərimiz çox olduğundan heyətlə bağlı sıxıntımız var idi. Buna görə də oyun planında çətin olacağını bilirdik. İkinci hissə göstərdi ki, komanda öz oyununu qaytara bilir. Ülvi İsgəndərov start heyətdə oynayanda da effektini görürük. Amma belə alınır ki, sonradan daxil olanda qollar vurur. O, potensialı üstün olan hücumçudur. Düşünürəm ki, Ülvi daha yaxşı ola bilər. Bu komandanı formalaşdıranda da üstün xarakterə malik oyunçulara sahib olmuşuq. Əlbəttə, heyət daha da güclənməli, genişlənməlidir. İmkan yaranarsa, yeni oyunçuların qoşulmağını istəyərdim”







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı