6 noyabr 2026. Cümə

Keşlə'nin futbolçusu 100-ü haqladı


Keşlə'nin futbolçusu 100-ü haqladı

Tərlan Quliyev “Keşlə”də 100-cü çempionat oyununu keçirib.

Corner.az xəbər verir ki, bu, Premyer Liqanın 11-ci turuna təsadüf edib. 29 yaşlı müdafiəçi “Qarabağ”la görüşdə (0:1) sonradan meydana çıxıb.

Quliyev 2016-cı ilin yayından formasını geyindiyi paytaxt klubunda 6-cı mövsümdə 100-ə çatıb. O, bu qarşılaşmalarda 2 qol vurub.

Tərlanın “Keşlə”dəki debütü də “Qarabağ”la matça təsadüf edib. 2016-cı avqustun 7-dəki ev oyununda paytaxt klubu 2:1 hesablı qələbə qazanıb.







Misli Premyer liqa