4 avqust 2026. Çərşənbə axşamı

Yaxşı dönəmdə deyilik - Neftçi'nin legioneri


Yaxşı dönəmdə deyilik - Neftçi'nin legioneri

"Buraya böyük nikbinliklə gəlmişəm. Komandada işlərimin daha yaxşı olmasını istəyirəm".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin braziliyalı futbolçusu Roman Maçado ölkəsinin "Lance" nəşrinə açıqlamasında deyib.

30 yaşlı forvard bildirib ki, paytaxt təmsilçisində xoşbəxtdir: "Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin qollar vurduğum üçün xoşbəxtəm. Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".

Qeyd edək ki, "Neftçi" sentyabrın 1-də Roman Maçado ilə mövsümün sonadək müqavilə imzalayıb. O, indiyədək "ağ-qaralar"da 3 qola imza atıb.







Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı