8 dekabr 2025. Bazar ertəsi

Kəpəz'dən darmadağın


Kəpəz'dən darmadağın

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 9-cu turun oyunlarına start verilib.

Corner.az xəbər verir ki, “Turan Tovuz” doğma meydanda “Neftçi-2″yə, “Zirə-2” isə “Sumqayıt-2″yə məğlub olub. “Sabah-2” isə qırmızı vərəqə ilə azlıqda qaldığı görüşdə “Qəbələ”nin ikinci komandasına qalib gəlib. “Kəpəz” isə səfərdə “Səbail”in əvəzediciləri üzərində böyük hesabla qələbə qazanıb.

Turun qalan oyunları sabah keçiriləcək.

1-ci divizion, 9-cu tur

23 noyabr

Turan Tovuz – Neftçi-2 0:1
Qol: 
Əli Sadıxov, 45.
Qırmızı vərəqə: Nicat Musayev, 85 (Neftçi-2)
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Tərlan Talıbzadə, Vüqar Həsənli
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu, 14:00

Zirə-2 – Sumqayıt-2 1:2
Qol: 
Əli Mürsəlov, 36 – Emil Əliyev, 71. Murad Xaçayev, 85-pen.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüqar Bayramov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“ASK Arena”, 14:00

Sabah-2 – Qəbələ-2 2:1
Qol: 
Kamran Quliyev, 78-pen. Həzrət İsayev, 88 – Gülağa Əsədov, 11-pen.
Qırmızı vərəqə: İldar Alekperov, 74 (Sabah-2)
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Teymur Teymurov, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 14:00

Səbail-2 – Kəpəz 1:4
Qol: Xəyal Bədirov, 90 – Bəhruz Teymurov, 21; 37. Cavad Kərimov, 58; 90+8.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Asiman Əzizli, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”, 16:00







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu