10 may 2026. Bazar günü

Dövlət rəsmiləri və səfirlər Neftçi'nin oyununu izləyəcək


Dövlət rəsmiləri və səfirlər Neftçi'nin oyununu izləyəcək

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun "Neftçi" - "Səbail" oyununu dövlət rəsmiləri, müxtəlif ölkələrin fövqəladə və səlahiyyətli səfirləri tribunadan izləyəcək.

Corner.az xəbər verir ki, bu barədə "Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O, həmin şəxslərin "Qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş "16 günlük fəallıq" kampaniyasına görə matça dəvət olunduqlarını bildirib: "Bu, geniş kütləni əhatə edən layihədir. Aksiyaya dəstək üçün BMT-nin Azərbaycandakı nümayəndəliyinin, klubumuzun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bır sıra qonaqları olacaq. Burada nazirlər, dövlət komitələrinin nümayəndələri və xarici ölkələrin Azərbaycandakı səfirləri də iştirak edəcək. ABŞ, Böyük Britaniya, İsveç, Litva, Əlcəzair və Mərakeş səfiri ilə yanaşı, BMT-nin Azərbaycandakı nümayəndəliyi rəhbərliyinin iştirakı gözlənilir".

Allahverdiyev təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Anar Kərimovla yanaşı, Milli Olimpiya Komitəsinə də dəvət göndərdiklərini söyləyib: "Bütün bu qurumlara forma göndərmişik, layihə haqqında məlumat vermişik və bildirmişik ki, qadın zorakılığına qarşı çıxmaq istəyirsinizsə, sizi noyabrın 27-si "Bakcell Arena"ya dəvət edirik. Kimlərin vaxtı varsa, gəlib iştirak edəcək".

Qeyd edək ki, noyabrın 27-də "Bakcell Arena"da gerçəkləşəcək görüş saat 18:15-də başlayacaq.(report)







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 18:01 09.05.2026
Premyer Liqada 200-cü oyun
“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol