9 may 2026. Şənbə

Sabah klubu futbolçularının corablarına görə cərimələnib


Sabah klubu futbolçularının corablarına görə cərimələnib

"Sabah" klubunun "Neftçi" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XI tur oyununa görə cəzalanmasının detalları bəlli olub.

Corner.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynov məlumat verib.

Onun sözlərinə görə, qonaq komanda futbolçularının corablarındakı qüsura görə 800 manat cərimələnib: "Görüşün startı ərəfəsində dördüncü hakim dəhlizdə oyunçuların formalarına baxır. Bizim futbolçular isə corablarının boğazlarını kəsirlər ki, bütöv olmasın. Bu zaman altdan geyindikləri ağ rəngli corabın görünməməsi üçün üstündən qırmızı rəngdə lent vururlar. Futbolçu buna riayət etmədikdə dördüncü hakim dəhlizdə ona müraciət edir ki, ayağına lent bağlamalısan. O da bunu tapana və bağlaya kimi matç 4-5 dəqiqə gecikir. Əsasnamədə maddə var ki, qarşılaşmanın gecikməsinə görə cərimə tətbiq olunur".

Hüseynov deyib ki, Avropada oyun gec başlayırsa, reklam hüquqlarına görə külli miqdarda cərimə tətbiq edilir: "Bizdə reklam hüquqları zəif olduğundan, 4-5 dəqiqə gecikəndə elə-belə baxırlar. Amma belə olmamalıdır. Çünki reklam saniyə ilə hesablanır. "Sabah" klubu məhz lentlə bağlı problemə görə cərimə olunub".

Qeyd edək ki, "Neftçi" ilə matç "Sabah"ın qələbəsi ilə yekunlaşıb - 2:1.(report)







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi