26 oktyabr 2024. Şənbə

Futbolçularımızın qaçmaması məni təəccübləndirdi


Futbolçularımızın qaçmaması məni təəccübləndirdi

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.

Corner.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında görüşü belə şərh edib:

"Oyuna yaxşı hazırlaşmışdıq. Lakin ilk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan ssenaru var idi. Rəqibin qol epizodları var idi. İkinci hissədə isə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı. Çalışacağıq ki, səbəbini tapaq.Bu vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də komandada lider yoxdur. Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamaqlarına təəccübləndik. Bununla özümü kənara çəkib futbolçuların üzərinə yıxmaq fikrində deyiləm.Bundan pis nə ola bilər ki? Günah varsa, hamınındır. Hazırda uduzan tərəf mənəm və bütün məsuliyyət də üzərimizə düşür. Axırıncı yerdə gedən futbolçuya haradan təklif gələ bilər? Hələ bilmirik ki, çempionatda komanda artacaq, ya yox. Sonda gedən komandanın futbolçusu öz karyerasına zərbə vurur.

41 yaşlı mütəxəssis hazırda komandada hər şeyin qaydasında olduğunu və "Şamaxı"ya çevrilmələrinin futbolçulara təsir göstərməyəcəyini vurğulayıb.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir