9 may 2026. Şənbə

Sabah'dan 3 rekord


Sabah'dan 3 rekord

Azərbaycan Premyer Liqasının 12-ci turunda “Keşlə”yə 2:1 hesabı ilə qalib gələn “Sabah” üç rekorda imza atıb.

Corner.az xəbər verir ki, Bakı klubu tarixinin iki ən yaxşı göstəricisini müəyyənləşdirib və daha birini təkrarlayıb.

Paytaxt təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırıb. Sonuncu dəfə 7-ci turun “Qarabağ”la matçında (1:2) uduzan “Sabah” “Sumqayıt” (3:0), “Qəbələ” (3:1), “Zirə” (3:3), “Neftçi” (2:1) və “Keşlə” (2:1) ilə görüşlərdə xal qazanıb. Bakılılar bu 5 görüşdə 13 xal yığıb. Bu seriya 2020/21 mövsümünün 21-ci-25-ci turlarında qeydə alınan rekordun təkrarıdır. Həmin vaxt 5 oyun uduzmayan komanda daha az – 9 xal toplamışdı.

Premyer Liqada 4-cü mövsümünü keçirən “Sabah” ardıcıl 6 oyundur qol vurur. Bu, klub tarixində mütləq rekorddur. 2019/20 mövsümünün ilk yarısında ardıcıl 5 görüşdə fərqlənən “Sabah” 9 qola sevinmişdi. Bu dəfə 6 matçı əhatə edən seriyada 14 qol qeydə alınıb.

Paytaxt futbolçuları ilk 12 turda 16 dəfə rəqib qapısına yol tapıb. Bu da yeni rekorddur. “Sabah” əvvəlki üç mövsümün heç birində belə məhsuldarlıq göstərməyib. 2018/19 mövsümünün müvafiq dövründə 12, növbəti iki çempionatda isə 14 qol vurulub.







Misli Premyer liqa

“Kəpəz” səfərdə çempionu məğlub etdi
  • Misli Premyer liqa
  • 23:14 08.05.2026
“Kəpəz” səfərdə çempionu məğlub etdi
“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi