8 avqust 2026. Şənbə

1 oyun, 2 yubiley


1 oyun, 2 yubiley

Azərbaycan Premyer Liqasının 12-ci turu iki futbolçunun Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməsi ilə əlamətdar olub.

Corner.az xəbər verir ki, hər iki futbolçu “Sabah” – “Keşlə” matçında (2:1) meydana çıxıb. Bəxtiyar Həsənalızadə meydan sahiblərinin, Tərlan Quliyev qonaqların heyətində şans qazanmaqla yubiley görüşünü keçirib.

Debütü daha tez – 2009/10 mövsümündə gerçəkləşən Tərlan bu müddətdə 3 qol vurub. O, “Keşlə”də 101 (2 qol), “Neftçi”də 48, “Kəpəz”də 35 (1 qol), “Sumqayıt”da 10, “Qarabağ”da 6 matça çıxıb.

2011/12 mövsümündə debüt edən Bəxtiyarın aktivində isə 4 top var. O, “Sumqayıt”da 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 19 oyunda iştirak edib.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı