4 avqust 2026. Çərşənbə axşamı

Təhlükənin haradan gələcəyini bilirdik - Elmar Baxşıyev


Təhlükənin haradan gələcəyini bilirdik - Elmar Baxşıyev
"Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın lideridir”.

Corner.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ”la 0:0 hesabı ilə nəticələnən oyundan sonra mətbuat konfransında  deyib.
 
41 yaşlı mütəxəssis rəqiblə başa-baş oynaqlarını vurğulayıb: “Rəqib öz oyun dəst-xətti ilə seçilən komandadır. Təhlükənin haradan gələcəyini bilirdik. Şükürlər olsun ki, komanda meydanda istədiyimiz əzmkarlığı göstərə bildi. “Qarabağ”la başabaş oyun alındı. Azarkeşlər üçün maraqlı, dinamik qarşılaşma oldu. Bu tempi saxlamağa və iddiamızı hər matçda ortaya qoymağa çalışacağıq”.
 
Baxşıyev baş hakim Kamranbəy Rəhimovun idarəçiliyindən narazı olduğunu bildirib: “Hakimlik barədə danışmaq istəmirəm. Amma elə epizodlar olur ki, onları vurğulamaq lazımdır. Ülvi İsgəndərovun epizodunda penalti verməmək üçün daha nə etmək lazım idi? Hamıya aydın idi, bircə hakim qərar verə bilmədi. Oyunun ab-havasına nəzər yetirdikdə belə bir matça ilk dəfə hakimlik edən şəxsi göndərmələri bizə də qəribə gəldi. Amma ümumi götürəndə aşağı səviyyədə idarəçilik eləmədi, tempi saxlamağı bacardı. Sadəcə, bəzi epizodlar var ki, bizdə müəmma yaratdı. Ümumilikdə komandamın çıxışından razıyam. İnanıram ki, getdikcə daha yaxşı olacağıq”.






Misli Premyer liqa

Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 20:56 29.07.2026
"Sabah" Aaron Maluda ilə yollarını ayırdı