8 dekabr 2025. Bazar ertəsi

Filip Ozobiç Qarabağ'ın tarixinə düşdü


Filip Ozobiç Qarabağ'ın tarixinə düşdü

Azərbaycan millisinin futbolçusu Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

Corner.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XII turuna təsadüf edib.

Ağdam klubuna keçməzdən öncə şərəfini qoruduğu “Qəbələ”yə qarşı matç onun üçün 100-cü olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb.

O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 dəfə fərqlənib.

Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 oyunda meydanda olub. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Qeyd edək ki, Filipin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu