24 iyun 2026. Çərşənbə

Bu hisslərin sözlə ifadəsi yoxdur - Neftçi'nin futbolçusu


Bu hisslərin sözlə ifadəsi yoxdur - Neftçi'nin futbolçusu

"Üç oyunluq məğlubiyyətdən sonra bu matçda qələbə qazanmaq çox vacib idi. Həmin qolu vurmaq mənə nəsib olduğu üçün çox sevinirəm. Amma təbii ki, əsas olan komandanın qələbəsidir".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Vüsal Əsgərov "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XII tur matçı barədə klubun rəsmi saytına müsahibəsində deyib. Həmin müsahibəni təqdim edirik:

- Əsas komandamızın heyətində qol hesabını açdın və “Neftçi”yə çox vacib qələbə qazandırdın. Həmin an hansı hissləri keçirirdin?

- Üç oyunluq məğlubiyyətdən sonra bu matçda qələbə qazanmaq çox vacib idi. Həmin qolu vurmaq mənə nəsib olduğu üçün çox sevinirəm. Amma təbii ki, əsas olan komandanın qələbəsidir.

- Bu mövsüm artıq 3 Premyer Liqa oyununda forma geyinmisən. Ümumiyyətlə, əsas komandada, üstəlik, start heyətində meydana çıxmaq necə hisslərdir?

- Bu hisslərin sözlə ifadəsi yoxdur. Çox sevinirəm. Həm qol vurduğum, həm də oynadığım üçün şadam. Meydana çıxdığım matçlarda özümü ən yaxşı tərəfdən göstərib komandama kömək etməyə çalışacağam.

- “Səbail” üzərində qələbə həm də uğursuzluq seriyasına son qoymaq baxımından əhəmiyyətli oldu. Səncə, qış fasiləsinəcən keçiriləcək “Sumqayıt” və “Qəbələ” ilə oyunlarda bu qələbənin ardı gələcək?

- Düzdür, alınmayan, uğursuz oyunlarımız oldu, amma bu, hər bir komandada ola bilər. Son matçda qələbə qazanaraq bu tilsimi qırdıq. “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə də qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.

- Son turda qələbə qolunu vurmaqla azarkeşlərin də rəğbətini qazandın. Onlara sözün varmı?

- Azarkeşlər sağ olsunlar ki, mənə inanır və dəstək olurlar. Mən də öz növbəmdə çalışacağam onların inamını doğruldub komandamızın qələbələrində pay sahibi olum.







Misli Premyer liqa

“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
  • Misli Premyer liqa
  • 17:44 23.06.2026
“Zirə” Ayxan Hüseynovu heyətinə qatıb
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
  • Misli Premyer liqa
  • 15:15 23.06.2026
"Kəpəz" Azər Məmmədovla razılığa gəldi
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer